ABŞ Pentaqonun fondlarından Ukraynaya 200 milyon dollar ayıra bilər

ABŞ prezidenti Co Baydenin administrasiyası Pentaqondan Ukraynaya yardım üçün 200 milyon dollar ayırmaq ideyasını nəzərdən keçirir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentlik yazır ki, Konqresdə daha böyük yardım paketi əngəlləndiyindən Bayden Administrasiyası Ukraynaya təxirəsalınmaz dəstək vermək üçün ölkənin hərbi maliyyələşdirməsindən təxminən 200 milyon dollar ayırmağı düşünür.

Nəşrin məlumatına görə, pul Kiyev üçün silah və mərmilərin ödənilməsinə sərf oluna bilər. Eyni zamanda, mənbələr qeyd edir ki, yekun qərar hələ verilməyib.

"Lakin potensial maliyyə Co Baydenin Konqresdən tələb etdiyi Ukraynaya 61 milyard dollardan çox yardımla müqayisədə cüzidir", deyə Bloomberg qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Kiyevin müttəfiqlərinin Ukrayna Silahlı Qüvvələrinə 800 min mərmi almaq Çexiyanın təşəbbüsünü maliyyələşdirmək üçün lazım olan bütün vəsaiti topladığı bildirilirdi.

Bir gün əvvəl Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreit bildirmişdi ki, Almaniya Çexiya təşəbbüsünə qoşulmağı planlaşdırır, bu təşəbbüs çərçivəsində Berlin üçüncü ölkələrdən Ukrayna Silahlı Qüvvələrinə 800 min mərmi almaq niyyətindədir.

Poliqon.info