Kim Çen In KXDR ordusuna döyüş hazırlığı artırmağı əmr edib

Şimali Koreya lideri Kim Çen In ölkənin əməliyyat təlimləri üçün nəzərdə tutulan ordu bazasına baş çəkib və təlim obyektlərinə baxış keçirib...

Poliqon xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə Kim hərbçilərə müharibə vəziyyətində "döyüş hazırlığını sürətlə artırmaq" üçün təlimləri gücləndirməyi tapşırıb.

Kim Çen Inı Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam və Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Yonq Gil müşayiət edib.

Poliqon.info