Aİ səfirləri Lavrovla görüşdən niyə imtina edib?

Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano ittifaqı ölkələrinin Moskvadakı səfirlərinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina etməsinə münasibət bildirib...

Poliqon xəbər verir ki, onun sözlərinə görə, bu, birlik səfirliklərinin öz aralarında planlaşdırılan işləri və qəbul edən ölkənin hakimiyyət orqanları ilə əməkdaşlığı əlaqələndirdiyi standart təcrübədir. Diplomat xatırladıb ki, Avropa İttifaqı ümumi xarici siyasəti təşviq edir və həyata keçirir.

Piter Stano həmçinin Avropa İttifaqı səfirliklərinin ev sahibi ölkədə tapşırıqlar və işlərlə bağlı öz qərargahları ilə daimi əlaqə saxlamasını standart təcrübə adlandırıb.

Bu həftənin əvvəlində Avropa İttifaqı ölkələrinin səfirləri Rusiya prezident seçkiləri ərəfəsində Sergey Lavrovla görüşə qatılmaqdan imtina ediblər. Nazir qeyd edib ki, Avropa İttifaqının Moskvadakı səfirlikləri tərəfindən sistemsiz müxalifətə dəstək mexanizmləri hazırlaması barədə məlumat var.

Vəziyyəti şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Qərb səfirləri Rusiyanın daxili işlərinə qarışır və bunun üçün tamaşalar təşkil edirlər.

Poliqon.info