Çili İsrail şirkətlərinin FİDAE aerokosmik sərgisində iştirakına icazə verməyib

İsrail şirkətləri apreldə Çilidə keçiriləcək FİDAE hərbi və aerokosmik texnikanın beynəlxalq sərgisində iştirak edə bilməyəcək...

Poliqon xəbər verir ki, bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq qərar Çili hökuməti tərəfindən qəbul edilib.

FIDAE-2024 sərgisi aprelin 9-dan aprelin 14-dək keçiriləcək. Bu, 40-dan çox ölkədən şirkətlərin iştirak etdiyi Latın Amerikasında ən böyük hərbi və aerokosmik sərgidir.

Xatırladaq ki, Çili prezidenti Qabriel Boric İsrailin Qəzza zolağındakı hərəkətlərini dəfələrlə tənqid edib.

Poliqon.info