Kanadada göyərtəsində 550 sərnişin olan təyyarəni ildırım vurub - Video

Kanadanın Vankuver Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra təyyarəni ildırım vurub...

Məlumata görə, təyyarənin göyərtəsində 550 sərnişin olub.

“Air Canada” şirkətinə məxsus “Boeing 777-300” təyyarəsi Londona uçurmuş. Baş verənlərə baxmayaraq, pilotlar uçuşu davam etdiriblər.

 Pilotun sözlərinə görə, təyyarədə quraşdırılmış xüsusi ildırımötürücü sistem sayəsində faciənin qarşısı alınıb.

Poliqon.info