Məşhur şirkət Azərbaycan bazarına daxil olur

Dünyanın ən məşhur şirkətlərindən olan "Alibaba" Azərbaycan bazarına daxil olur...

Poliqon bildirir ki, "Alibaba Group"un Qlobal Strateji Tərəfdaşlığının rəhbəri Tim Sonqun dediyinə görə hazırda Azərbaycan bazarının tələbatını təhlil edilir.

"Azərbaycanın unikal potensialı var və məqsədimiz unikal məhsul və xidmətlərlə beynəlxalq arenada seçilməkdə kömək etməkdir", - bildirən Tim Sonq AZPROMO ilə "Alibaba Group" arasında  Anlaşma Memorandumunun imzalandığını qeyd edib.

Məlumat üçün bildirək ki, ölkəmizdə də kifayət qədər məşhur alış-veriş platforması olan "Aliexpress" "Alibaba Group"a məxsusdur.

Poliqon.info