Co Bayden “Super Çərşənbə axşamı “bütün praymerizləri qazanıb

ABŞ-ın hazırkı prezidenti Co Bayden “Super Çərşənbə axşamı” günü ABŞ Demokratlar Partiyasından prezidentliyə namizədlərin bütün praymerizlərində qalib gəlib...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi 15 ştatda keçirilən praymerizlərin nəticələrinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, Bayden hər ştatda 70-90 faiz səslə qalib gəlib. Baydenin qalib gələ bilmədiyi yeganə yer vençur kapitalisti Ceyson Palmerə uduzduğu Amerika Samoası olub.

Xatırladaq ki, ABŞ-da seçki ilində mart ayının ilk çərşənbə axşamı 15 ştatda ilkin seçkilər (praymerizlər) və Respublikaçılar və Demokratların partiya fəallarının (kokus) iclasları keçirilir. “Super Çərşənbə axşamı” bir çox ştatlarda eyni vaxtda keçirilən və milli seçkilərdə hansı namizədin öz partiyasını təmsil edəcəyini müəyyən edən ən böyük partiyadaxili səsvermə günüdür.

Sayılan ilk səslərə əsasən, Baydenin seçkidəki əsas rəqibi Donald Tramp Alabama, Texas, Arkanzas, Oklahoma, Men, Şimali Karolina və bir sıra başqa ştatlar da daxil olmaqla 10-dan çox ştatda Respublikaçıların praymerizində liderdir.

Poliqon.info