Viktoriya Nuland niyə istefa verib?

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Ağ Evin siyasəti ilə köklü fikir ayrılıqlarına görə vəzifəsini tərk etmək məcburiyyətində qalıb...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skot Ritter jurnalist Denni Hayfonqa müsahibəsində bildirib.

Ritterin sözlərinə görə, Nuland bu qərarı anidən verməyib. Keçmiş kəşfiyyat zabiti hesab edir ki, bu, ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinkenin yürütdüyü siyasətə etirazdır.

Keçmiş kəşfiyyatçı dövlət katibinin müavininin istefa vermək məcburiyyətində qalması ilə bağlı fikir bildirib. Skot Ritterin fikrincə, Nuland Ağ Evin siyasətinə boyun əymək niyyətində deyil: onun əqidəsi çox güclüdür və Birləşmiş Ştatların siyasətindəki statusu da çox yüksəkdir.

Keçmiş kəşfiyyatçı həmçinin onun istefasını Baydenin qarşıdan gələn seçkilərə hazırlığının bir hissəsi hesab edir. Ritter qeyd edib ki, Amerika administrasiyası indi "real vəziyyəti yoxlayır".

Qeyd edəkl ki, bundan əvvəl Entoni Blinken Nulandın yaxın həftələrdə dövlət katibinin siyasi məsələlər üzrə müavini postunu tərk edəcəyini bildirmişdi.

Poliqon.info