Zelenskinin həyat yoldaşı Baydenin tədbirinə getməkdən imtina edib

Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya ABŞ dövlət başçısı Co Baydenin Konqresdəki çıxışında iştirak etmək üçün ABŞ-a getməkdən imtina edib...

Poliqon xəbərt verir ki, bu barədə The Washington Post qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr xəbər verir ki, Ağ Ev Baydenin Konqresdəki çıxışında iştirakı üçün Ukraynanın birinci xanımına dəvət göndərib, lakin Zelenskaya bunu rədd edib. WP-nin məlumatına görə, Ukraynanın birinci xanımı bu qərarı Aleksey Navalnının həyat yoldaşının tədbirdə potensial iştirakı ilə əlaqədar qəbul edib. Çünki Yuliya Navalnyanın bəzi fikirləri ukraynalılar arasında narahatlığa səbəb oldu.

Nəşr yazır ki, Elena Zelenskayanın Baydenin həyat yoldaşı Cill və Navalnayanın yanında oturacağı planlaşdırılıbmış.

Qeyd edək ki, Amerika lideri cümə axşamı, martın 7-də Konqresdə çıxış edəcək. İllik müraciətində o, konqresmenlərə və senatorlara ölkədəki vəziyyət, əldə etdiyi nailiyyətlər barədə məlumat verəcək və gələcək işlərin prioritetlərini açıqlayacaq.

Poliqon.info