Bayden Venesuelaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

ABŞ prezidenti Co Bayden ABŞ-ın Venesuelaya qarşı birtərəfli sanksiyalarının daha bir il uzadılması barədə göstəriş verib...

Poliqon xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd edilir ki, 2015-ci ildə Vaşinqtonu Karakasa qarşı müxtəlif məhdudlaşdırıcı tədbirlər görməyə məcbur edən Venesueladakı vəziyyət “ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və ifrat təhdid yaratmaqda davam edir”.

“Nəticədə prezident Bayden Venesuela üçün 2015-ci ildə qəbul edilmiş 13692 saylı İcra Sərəncamı əsasında yaradılmış milli fövqəladə vəziyyəti bir il müddətinə uzadıb”, deyə Ağ Evin mətbuat xidməti məlumatında bildirilir.

Poliqon.info