Trampın praymerizdə qələbəsi artıq dörd ştatda təsdiqlənib

Donald Tramp Virciniya, Şimali Karolina, Tennessi və Oklahoma ştatlarında keçirilən ilkin seçkilərdə qalib gəlib...

Poliqon “Amerikanın Səsi” radiostansiyaına istinadən xəbər verir ki, bu gün 15 ştatda prezident seçkiləri üçün namizədi seçmək üçün “Super Çərşənbə axşamı” çərçivəsində Respublikaçıların praymerizləri keçirilib.

Prezidentlik uğrunda növbəti dəfə Co Baydenlə mübarizə aparmağa hazırlaşan Trampın Respublikaçıların praymerizində böyük qələbə qazanacağı gözlənilir.

Tramp öz “Truth Sosial” platformasında Virciniya və Şimali Karolina sakinlərinə ölkə daxilində səslər hələ də hesablanarkən təşəkkür edib.

Qeyd edək ki, Respublikaçılar arasında Trampın yeganə rəqibi, BMT-nin keçmiş səfiri Nikki Heyli Trampın namizədlik yoluna ciddi maneə yaratmasa da, yarışdan geri çəkilməkdən imtina edib.

“RealClearPolitics”in tərtib etdiyi exit-poll nəticələrinə görə, Tramp ilkin seçkilərdə Heylini 65 xal qabaqlayır və prezident seçkiləri indi keçirilsəydi, o, prezident Co Baydenə iki bal üstünlüklə qakib gələrdi.

Poliqon.info