Rusiya kəşfiyyatının rəhbəri ABŞ və Britaniyanı ittiham edib...

Narışkin ABŞ və Böyük Britaniyanı Rusiyaya qarşı təxribat fəaliyyəti üçün qüvvələr hazırlamaqda ittiham edib...

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, ABŞ və Böyük Britaniya Rusiyaya qarşı təxribat işlərinin aparılması üçün xüsusi əməliyyat qüvvələrinin və kəşfiyyatçıların təlimində iştirak edir.

Poliqon xəbər verir ki, Narışkin bu barədə “Soloviev Live” kanalına müsahibəsində danışıb. Rusiya kəşfiyyatının rəhbəri sözlərinə görə, “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərləri bu şəkildə partladılıb.

“Amerika kəşfiyyat xidmətlərinin Ukrayna kəşfiyyatçılarının təlimi və yenidən hazırlanmasında iştirak etməsi faktı aşkar faktdır”, deyə Narışkin müsahibəsində deyib.

Xatırladaq ki, fFevralın 25-də The New York Times qəzeti yazıb ki, son səkkiz il ərzində Ukrayna Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə Rusiya ilə sərhədində 12 casus bazası yaradıb. NYT yazır ki, hərbi əməliyyatlar başlayandan Amerika tərəfi Ukraynanı raket zərbələri üçün kəşfiyyat məlumatları ilə təmin edir, rus qoşunlarının hərəkətini izləyir və casus şəbəkələrini saxlamağa kömək edir.

Poliqon.info