Türkiyə otelləri rus turistlərdən ödəniş ala bilmir

Türkiyə otelləri rus turistlərdən yerləşmə haqqını ala bilmir...

Poliqon xəbər verir ki, bu barədə "Aydınlık" qəzetinə Vətən Partiyasının sədr müavini, Antalya bələdiyyə başqanlığına namizəd Serdar Üsküplü bildirib.

Nəşrin yazdığına görə, türk turizm şirkətləri də Moskva beynəlxalq sənaye sərgisində iştirak üçün rüsum göndərə bilmir. Çətinliklərə səbəb kimi Rusiya Federasiyasına qarşı sanksiyalarla bağlı ödəniş problemləri göstərilir.

"Martın 19-21-də Moskvada keçiriləcək Beynəlxalq Turizm və Otelçilik Sənayesi Sərgisində iştirak etmək istəyən turizm şirkətləri iştirak haqlarını göndərə bilmir. Otellərimiz Rusiyadan yerləşmə haqqını ala bilmir. Rusiyadan göndərilən valyuta ya çox gec ödənilir, ya da geri qaytarılır", detə Üsküplü bildirib.

O əlavə edib ki, turizm sektorunda işləyən Türkiyə vətəndaşları yeni mövsümdə ciddi çətinliklərlə üzləşə bilərlər. Həmçinin Türkiyənin iş dünyası Rusiya ilə ticarət əlaqələrinə son qoyulmasını tələb edən ABŞ-ın ciddi təzyiqi altındadır.

Poliqon.info