MİT əməliyyat keçirib, MOSSAD-a məlumat satan qruplaşma ələ keçirilib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsinin təşkil etdiyi birgə əməliyyat zamanı İsrailin MOSSAD kəşfiyyat xidmətinə məlumat ötürməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb...

Poliqon xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.

"Milli Kəşfiyyat Təşkilatı və İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsinin təşkil etdiyi birgə əməliyyat zamanı əldə etdikləri məlumatları İsrailin kəşfiyyat xidməti MOSSAD-a satan 7 nəfər saxlanılıb", deyə telekanal qeyd edib.

Saxlanılanlardan biri keçmiş dövlət qulluqçusudur və o, həm də televiziyada səhər verilişlərində iştirakı ilə tanınıb. Digər saxlanılan şəxs isə Yaxın Şərq fərdləri və şirkətləri haqqında təlimatlar əsasında topladığı məlumatları Türkiyəyə ötürən özəl detektivdir. Onlar İsrail kəşfiyyatına məlumat ötürmək üçün hökumət rəsmiləri də daxil olmaqla qruplaşma yaradıb.

Ötən ilin dekabrında Türkiyə İsrailə HƏMAS terror qruplaşmasının liderlərinin öz ərazisində ovlanacağı təqdirdə ciddi nəticələrlə bağlı xəbərdarlıq edib. Bu ilin yanvar ayında Türkiyənin 8 vilayətində, o cümlədən İstanbulda keçirilən əməliyyat çərçivəsində İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-da işləməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Poliqon.info