Erməni deputat: KTMT Ermənistana zərər verməkdən başqa heç nə etməyib...

Ermənistanın hakim partiyasından olan deputat Qaqik Melkonyan bildirib ki, KTMT İrəvana heç bir şəkildə kömək etməyəcək...
“Biz ordumuza kömək etməliyik ki, bu müvəqqəti məğlubiyyətdən sonra yenidən diz çökməyək, ölkəmizin sərhədlərini möhkəmləndirək, təhlükəsizliyimizlə bağlı məsələləri müstəqil həll edək”.

Poliqon xəbər verir ki, bunu martın 5-də Yerablur hərbi panteonunda jurnalistlərlə söhbətində Ermənistanın keçmiş müdafiə nazirinin müavini, hakim “Vətəndaş Müqaviləsi” partiyasından parlament üzvü Qaqik Melkonyan deyib.

“İndi bizim yaxşı silahlarımız olmalıdır, gördüyünüz kimi, bizim artıq müxtəlif ölkələrlə müqavilələrimiz var, silahlar alırıq. Biz yalnız özümüzə arxalanmalıyıq, öz təhlükəsizliyimizi düşünməliyik, çünki əminik ki, KTMT bizə heç bir şəkildə kömək etməyəcək”, deyə ermıəni deputat bildirib.

Melkonyan qeyd edib ki, KTMT Ermənistana zərər verməkdən başqa heç nə etməyib.

Poliqon.info