Məşhur çimərlikdə köpək balığı uşağa hücum edib

Havay adasının Oahu adasında köpəkbalığı çimərlikdə məktəbli qıza hücum edib. Nəticədə uşağa tibbi yardım göstərilib...

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanlı məlumat yayıb.

Hadisə Havayda məşhur kurortun çimərliyində baş verib. 11 yaşlı qız köpəkbalığı tərəfindən hücuma məruz qalıb və yaralanıb. Ayağından yaralanan uşaq tibb müəssisəsinə aparılıb, xəsarətin dayaz olduğu məlum olub, ailə xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Şahidər bildirib ki, onlar çimərlik kənarındakı sularda kiçik bir resif köpəkbalığı görüblər.

Havay Torpaq və Təbii Sərvətlər Departamentinin məlumatına görə, bu, adalarda 2024-cü ildə ilk köpəkbalığı hücumudur.

Poliqon.info