Asryan: Ermənistanın KTMT-dən çıxması barədə məlumatlar dövlət sirrdir...

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mümkün çıxmasının nəticələri ilə bağlı məlumatlar tamamilə məxfidir...

Poliqon xəbər verir ki, bunu Yerablur hərbi panteonunda keçirdiyi brifinqdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan deyib.

Baş Qərargah rəisinin sözlərinə görə, təşkilat daxilində birgə strukturlara gəlincə, onlar “yalnız kağız üzərində” mövcuddur.

“Biz hələ KTMT-dən çıxmamışıq. Təşkilatdan çıxmaq nəyə gətirib çıxaracaq - bu məsələ həm də dövlət sirlərini ehtiva edir”, deyə Asryan bildirib.

Jurnalistin KTMT daxilində birgə strukturların olması ilə bağlı iradına cavab verən Asryan qeyd edib ki, bu strukturlar ancaq kağız üzərində mövcuddur.

Xatırladaq ki, fevralın 22-də “France 24” telekanalına müsahibəsində Ermənistanın Baş naziri ölkəsinin KTMT-də iştirakının “dondurulduğunu” açıqlayıb. Lakin sonradan Kreml bununla bağlı İrəvandan heç bir rəsmi bildirişin olmadığına aydınlıq gətirib və əlavə edib ki, təşkilat daxilində “dondurulma” statusu formal olaraq nəzərdə tutulmayıb.

Bununla belə, fevralın 28-də parlament qarşısında çıxış edən Nikol Paşinyan vurğulayıb ki, de-fakto Ermənistanın iştirakı artıq “dondurulub” və ölkənin təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməməkdə davam edərsə, Ermənistan müdafiə təşkilatdaından hazırdır.

Poliqon.info