Aİ iqtisadiyyatı müharibə vəziyyətinə keçirməyin yollarını müzakirə edəcək

Avropa Komissiyası Ukraynada davam edən münaqişə fonunda siyasi birliyin müharibə iqtisadiyyatı rejiminə keçə bilməsi üçün Avropa İttifaqına hərbi sənayeni stimullaşdırmaq yollarını təklif edəcək...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Qeyd edilir ki, daxili bazar üzrə Avropa komissarı Tyerri Breton Avropa İttifaqı ölkələrini Avropa şirkətlərindən daha çox silah almağa təşviq etməli, istehsal gücünü artırmağa kömək edəcək təkliflər irəli sürəcək.

"Biz paradiqmanı dəyişdirməli və müharibə iqtisadiyyatı rejiminə keçməliyik. Bu həm də o deməkdir ki, Avropa müdafiə sənayesi bizim dəstəyimizlə daha çox risk almalıdır", deyə Breton bildirib.

Onun sözlərinə görə, hazırkı geosiyasi kontekstdə Avropa müttəfiqləri dörd ildən bir seçkinin nəticələrindən asılı olmayaraq, öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır.

Poliqon.info