Ağ Ev İsrailə Qəzza zolağında atəşkəs üçün təzyiqləri gücləndirib

ABŞ prezidenti Co Baydenin administrasiyası İsrailə qarşı Qəzza zolağında müvəqqəti atəşkəs və əhaliyə humanitar yardımın artırılması tələblərini artırıb...

Poliqon xəbər verir ki, bu barədə The Hill nəşri məlumat yayıb.

“Həm Bayden, həm də vitse-prezident Harris son günlər “dərhal” atəşkəsə çağırıblar”, deyə nəşr yazır.

Nəşrin yazdığına görə, Vaşinqtonla Təl-Əviv arasında fikir ayrılığının əlamətləri var, xüsusən də söhbət Qəzza zolağına humanitar yardımın həcminin artırılmasından gedir.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris martın 3-də Alabamada çıxışı zamanı vəziyyəti “humanitar fəlakət” adlandırıb. O vurğulayıb ki, İsrail hakimiyyəti daha çox səy göstərməli və humanitar yardım axınını artırmalıdır.

Vaşinqtonda vitse-prezident İsrail hərbi kabinetinin üzvü Benni Qantsla görüşüb. Onlar Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı razılığın əldə olunmasının zəruriliyini müzakirə ediblər.

Bundan əlavə, Harris Fələstinin radikal HƏMAS hərəkatını təklif olunan şərtləri qəbul etməyə çağırıb, ona görə ki, məhbusların azad edilməsi altı həftə ərzində dərhal atəşkəsə gətirib çıxaracaq və bütün Qəzzada humanitar yardımın həcminin artırılmasına kömək edəcək.

Xatırladaq ki, martın 3-dən Qahirədə Misir, Qətər, ABŞ və HƏMAS nümayəndələrinin iştirakı ilə Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparılır. Son iclasda girovların qocaların azad edilməsi naminə anklavda bir həftəlik atəşkəsin tətbiq edilməsi təklif edilib.

Poliqon.info