Yunanıstan Azərbaycanın sayəsində asılılıqdan xilas olub...

Yunanıstan Trans-Adriatik Boru Kəməri (TAP) və Azərbaycan sayəsində enerji müstəqilliyinə nail olub...

Poliqon xəbər verir ki, bunu Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis bildirib.

Nazir qeyd edib ki, son illərdə Yunanıstan əsas enerji mərkəzinə çevrilib.

“Biz enerji təhlükəsizliyimizi gücləndirmişik və qonşularımıza həm təbii qaz, həm də elektrik enerjisi təchizatında kömək etmişik. Biz TAP və Azərbaycan sayəsində enerji müstəqilliyinə nail olduq. Yunanıstan Bolqarıstana təbii qaz tədarükündə əhəmiyyətli köməklik göstərmişdir. Rusiyadan gələn axın dayanan kimi biz Yunanıstan-Bolqarıstan İnterkonnektorunu (IGB) işə saldıq”, deyə Giorgos Gerapetritis bildirib.

Yunanıstanın xarici işlər naziri qeyd edib ki, onlar artıq Moldovaya qaz göndərir və Aleksandrupolisdə üzən reqazifikasiya anbarını inkişaf etdirirlər.

“Biz Şimali Makedoniyaya boru kəməri çəkirik, TAP və İGB boru kəmərlərini genişləndiririk. Elektrik sektorunda biz Bolqarıstanla yeni əlaqə qurmuşuq və bu şəbəkənin İtaliyaya qədər genişləndirilməsi, eləcə də Türkiyəyə yeni xəttin çəkilməsi imkanlarını araşdırırıq”, deyə yunan nazir vurğulayıb..

Həmçinin Giorgos Gerapetritisqeyd edib ki, b u təşəbbüslər vasitəsilə onlar regionun enerji xəritəsini yenidən cızaraq, Yunanıstanı enerji qovşağının mərkəzinə yerləşdirirlər...

Poliqon.info