Orban martın 8-də Floridada Trampla görüşəcək

Macarıstanın Baş naziri Viktor Orban martın 8-də ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşəcək...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Orbanın mətbuat xidmətinə istinadən məlumat yayıb. Görüş Floridada baş tutacaq.

Qeyd edək ki, yanvarda Macarıstanın Baş naziri cənab Trampın bu il prezidentliyə namizəd olmaq qərarını dəstəkləyib. Viktor Orban prezident kimi Donald Trampın “Ukraynada sülhü bərqərar edə biləcəyinə” ümid etdiyini bildirib. Macarıstan lideri həmçinin bildirib ki, noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri həlledici olacaq, çünki Avropa və ABŞ-dakı mühafizəkarlar “Vaşinqton və Brüsseldəki qurumları liberallardan geri almaq” üçün birgə mübarizə aparmalıdırlar.

Xatırladaq ki, xarici media keçmiş ABŞ prezidentinin ötən həftə Orbanla görüşmək planları barədə məlumat yayıb. Bloomberg Agentliyinin məlumatına görə, görüş ABŞ-ın müttəfiqləri arasında Trampın prezidentliyə mümkün qayıdışı ilə bağlı narahatlığı artıracaq.

Poliqon.info