Konqres maliyyə ilinin sonuna qədər ABŞ büdcəsi ilə bağlı razılığa gəlib

ABŞ Konqresindəki Demokratlar və Respublikaçılar 2024-cü maliyyə ilinin sonuna qədər federal hökumətin büdcəsi ilə bağlı razılığa gəliblər...

Poliqon xəbər verir ki, bu barədə Senatın Demokratlar Partiyasının lideri Çak Şumer bildirib. Büdcə təxminən 1,66 trilyon dollar olacaq.

“Yaxşı xəbər odur ki, Konqres nəhayət hökuməti işlətmək üçün altı qanun layihəsi üzrə ikitərəfli razılaşma əldə edib” deyə Çak Şumer X-də yazıb.

Şumer qeyd edib ki, Nümayəndələr Palatası martın 8-dək iki partiyalı sənədləri qəbul edib Senata göndərməlidir.

“Biz qanun layihələrini əldə etdikdə, cümə günündən əvvəl onları qəbul etmək və bağlanmadan qaçmaq üçün Senatın yenidən ikitərəfli əməkdaşlığa ehtiyacı olacaq”, deyə senator qeyd edib.

Xatırladaq ki, noyabrın 17-də Ağ Ev administrasiyası və Konqres tam büdcənin qəbulu ilə bağlı razılığa gələ bilməyib. Bağlanmanın qarşısını almaq üçün İsrail və Ukraynaya yardım nəzərdə tutulmayan kompromis qanun layihəsi qəbul edilib Martın 1-də ABŞ prezidenti Co Bayden ölkə hökumətinin maliyyələşdirilməsinin uzadılmasına dair Konqres tərəfindən bir gün əvvəl razılaşdırılmış qanun layihəsini imzalayıb.

Poliqon.info