Fələstin XİN Ramazandan əvvəl atəşkəs razılaşmasına ümid edir

Fələstin Xarici İşlər Nazirliyi Ramazandan əvvəl Qəzzada atəşkəs əldə ediləcəyinə ümid edir...

HƏMAS və İsrail arasında atəşkəslə bağlı razılığın əldə olunması Ramazan ayı başlamazdan əvvəl baş verməlidir.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu ümidi Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib.

“Uğur üçün dua edirik, çünki Ramazan ayı başlamazdan əvvəl razılığa gəlmək bizim üçün çox vacibdir ki, müqədds aya qurban vermədən başlayaq. Ümid etdiyimiz budur. Ümid edirik ki, nəticə belə olacaq. Uğur qazana bilməsək, cəhd etməyə davam etməliyik” deyə əl-Maliki bildirib.

Ən son məlumatkra gpörə isə martın 4-də “Hizbullah” şiə milislərinin zenit hava hücumundan müdafiə sistemləri Livanın şərqindəki Bekaa vadisi üzərində səmada peyda olan İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrə atəş açıb.

Bir gün əvvəl isə İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant ölkə ordusunun Fələstinin HƏMAS hərəkatını aradan qaldırmayana qədər müharibəni dayandırmayacağını bildirib.

Qeyd edilir ki, ABŞ sakinlərinin əksəriyyəti İsrailin Fələstinin HƏMAS hərəkatına qarşı mübarizədə uzağa getdiyinə inanırlar.

Poliqon.info