Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb
“Report” xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib.
“Bu gün nahar saatlarında Kuraxove atəşə tutulub – düşmən şəhərin düz mərkəzini vurub, azı 15 çoxmərtəbəli binaya tuş gəlib. İlkin məlumata görə, rusiyalılar idarəolunan aviabomba istifadə ediblər”, – VHA-nın başçısı qeyd edib.
Onun sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Filaşkin vurğulayıb ki, yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Ukraynanın Donetsk vilayətinin böyük qismi 2014-cü ildən rusiyayönümlü separatçıların, 2022-ci ilin fevralından isə rəsmi şəkildə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır. 2022-ci ilin fevralında genişmiqyaslı hərbi müdaxiləyə baxmayaraq, Moskva regionu tam işğal edə bilməyib.
Poliqon.info