Fransa imperialist və ədalətsiz siyasətin məngənəsində

Fransa imperialist və ədalətsiz siyasətin məngənəsində Fransa Prezidenti Emmanuel Makron Ermənistana hərbi texnika göndərəcəyini bildirməsindən sonra Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti Ermənistana silah tədarükü ilə bağlı danışıqlar aparmaq üçün Ermənistana gələcəyi bildirilir.

"Haber Global" Fransadan Ermənistana silah tədarükünün Qara dəniz və ya İran vasitəsilə baş tutacağı ilə bağlı bilgilər əldə edib. Beləliklə, Ermənistan bölgədə 2- ci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətdən yararlanmaq, Qafqazda çoxdan gözlənilən sülh, əminamanlıq, dinc qonşuluq münasibətləri formalaşdırmaq xətti tutmaq əvəzinə, Fransa kimi bəzi ölkələrin destruktiv mövqelərinə arxalanmaqla bölgədə yeni destabilizasiya mühiti yaratmağa cəhd edirlər. Fransa ilk açıqlamalarında Ermənistana yalnız müdafiə xarakterli silahlar veriləcəyini bildirsə də bir qədər sonra, lazım olarsa, qısa, orta və uzaqmənzilli raketlər də veriləcəyini bəyan etmişdi. S.Papikyan isə bildirib ki, hərbi əməkdaşlıq uzunmüddətli xarakter daşıyır. Deməli, Fransa Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyası reallıqla razılaşmaq istəmir. Bütün bu yeni reallıqları nəzərə alanda aşağıdakı məntiqi nəticələrə gəlmək olar: - Fransa, İran, Rusiya və Ermənistan Azərbaycanın Qafqazda yaratdığı yeni hərbi-siyasi şəraitlə heç də həvəslə razılaşmaq istəməmələri; - Fransa əməkdaşlıq və iqtisadi layihələr tərtib etmək və həyata keçirmək əvəzinə, Ermənistan və Azərbaycan arasındakı müharibə vəziyyənini aradan qaldırmağa cəhd etmək əvəzinə bölgədə yenidən gərginlik yaratmağa xidmət edən təhlükəli və məkrli siyasət yürüdülməsi; -Dünya çapında, regionda baş verən əsaslı dəyişikliklər, yeni hərbi-siyasi və strateji mühitin sürətlə formalaşması; Beləliklə, Azərbaycan dövlətinin təhlükəsizliyi, ərazi bütövlüyümüzün əbədi təminatı, Azərbaycanın qlobal iqtisadi layihələrin həyata keçirilməsində mühüm rolunu təmin etmək üçün dövlət və cəmiyyətin daha sıx konsolidasiya olunmasına , təbii müttəfiqimiz Türkiyə və Pakistan başda olmaqla fəaliyyətlərində ədaləti, haqqı rəhbər tutan beynəlxalq subyektlərlə hərtərəfli əlaqələrimizi inkişaf etdirməliyik. Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il noyabrın 23-də "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində vurğuladığı kimi: "Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda - Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır".

Doğrudan da,Fransanın müstəmləkəçi-imperialist tarixinin araşdırılması, onun Asiya, Afrika və digər müstəmləkəçi asılılığında saxladığı xalqlara qarşı törətdiyi ağır cinayətlərin fonunda bu gün Fransa dövlətinin Qafqazdakı məkrli siyasətinin məntiqi əlaqəsini görməmək mümkün deyildir.

Mamedov MehiAzərbaycan Universiteti

Poliqon.info