Tehranda seçki məntəqəsində insanlara bıçaqla hücum olub

Tehranda seçki məntəqəsində insanlara hücum edən bıçaqlı şəxs saxlanılıb...

APA xəbər verir ki, bu barədə Tehran valisinin təhlükəsizlik üzrə müavini IRNA-ya bildirib.

Onun sözlərinə görə, bugünkü seçkilər zamanı Tehranın Darabad bölgəsindəki seçki məntəqələrindən birində üç nəfərə hücum edən şəxs dərhal tutulub.

Xəsarət alanların olmadığı bildirilib.

Poliqon.info