NATO Rusiyanın nüvə silahı təhdidlərindən narahat deyil...

NATO Rusiyadan nüvə silahından istifadə təhlükəsi görmür...

Poliqon xəbər verir ki, bunu İspaniyanın El Pais qəzetinə müsahibəsində Alyansın Baş katibinin müavini Mirça Coana deyib.

Eyni zamanda, o qeyd edib ki, Rusiya hakimiyyətinin bəyanatları özlüyündə çox təhlükəlidir, çünki onlar etimadı sarsıdır.

Coana həmçinin bildirib ki, Şimali Atlantika Alyansı planında hələlik müttəfiqlər razılaşsa belə, Ukraynada qoşun yerləşdirmək niyyəti və ya planı yoxdur.

"Bizim niyyətimiz Ukraynanı dəstəkləməyə davam etmək və Rusiya ilə münasibətlərin gərginləşməsinin qarşısını almaqdır, indiyə qədər bunu kifayət qədər qənaətbəxş bacarırıq", deyə NATO baş katibinin müavini deyib.

Mirça Geoana həçinin qeyd edib ki, Ukrayna gec-tez Alyansa üzv ola bilər, lakin hazırda bunun nə vaxt baş verə biləcəyini söyləmək çətindir.

"Bunun nə vaxt olacağını deyə bilmərik, lakin bir gün suveren Ukrayna NATO və Avropa İttifaqının bir hissəsi olacaq", deyə NATO Baş katibinin müavini qeyd edib.

Qeyd edək ki, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Federal Məclisdə çıxışı zamanı Qərb ölkələrinin təhlükəli hərəkətləri və ritorikasının nüvə silahının tətbiqi və sivilizasiyanın məhvi ilə münaqişə təhlükəsi yaratdığını bildirib. O, Rusiya Federasiyasının strateji nüvə qüvvələrinin tam hazırlıq vəziyyətinə gətirildiyini deyib:

"Strateji nüvə qüvvələri zəmanətli istifadəyə tam hazır vəziyyətdədir. Silahlanma sahəsində bizim 2018-ci ildə mesajımda danışdığım şeylərin hamısı yerinə yetirilib və ya bu iş tamamlanmaq üzrədir. Belə ki, "Xəncər" hipersəsli aviasiya kompleksi nəinki istifadəyə verilib, həm də "xüsusi hərbi əməliyyat" zamanı xüsusilə mühüm hədəfləri məhv etmək üçün yüksək effektivliklə istifadə olunur".

Poliqon.info