Estoniyanın Baş naziri Putini prezident adlandırmaqdan imtina edib

Estoniyanın Baş naziri Kaya Kallas Vladimir Putini Rusiya prezidenti adlandırmaqdan imtina edib...

Poliqon ERR Agentliyinə istinadən xəbər verir ki, Estoniya lideri bunu hökumətin mətbuat konfransında Rusiya liderinin gələcək seçkilərinin nəticələrinin tanınması ilə bağlı sualı cavablandırarkən deyib.

“Bəlkə Putini Rusiyanın prezidenti adlandırdığım ifadələrimi tapa bilərsiniz? Məncə, mən həmişə sadəcə “Putin, bəli Putin” deyirəm. Mən Putinin adının qarşısına heç bir başlıq əlavə etməmişəm və əlavə etmək fikrində deyiləm”, deyə Kallas sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın Baş naziri Kaya Kallası axtarışa verib.

Qeyd edək ki, öz növbəsində Latviyanın ədliyyə naziri İnese Libina-Eqnere bu ölkədə yaşayan rusların Rusiya prezident seçkilərində iştirakının müharibəyə dəstək və cinayət məsuliyyəti kimi qiymətləndirilməsini təklif edib.

Poliqon.info