ABŞ: Moskva-Tehran əməkdaşlığı İranın qonşularına zərər vurur...

ABŞ administrasiyası və müttəfiqləri Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın əhəmiyyətli dərəcədə artacağı təqdirdə tez və sərt tədbirlər görmək niyyətindədir...

Poliqon xəbər verir verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

ABŞ rəsmisi bildirib ki, peykin orbitə buraxılması İran və Rusiya arasında hərbi əməkdaşlığın dərinləşməsindən xəbər verir.

"Dəfələrlə açıq şəkildə xəbərdarlıq etdiyimiz kimi, bu tərəfdaşlıq Ukraynaya, İranın qonşularına və beynəlxalq ictimaiyyətə zərər vurur", deyə Miller bildirib.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri əlavə edib ki, İran Rusiyaya ballistik raketlər satarsa, beynəlxalq ictimaiyyət sərt cavab hazırlayacaq.

Bundan əvvəl geopolitika.news-un köşə yazarı Zoran Meter bildirmişdi ki, ABŞ beynəlxalq siyasətdə qlobal dominantlıq kursunu davam etdirərək Rusiya və Çinlə münasibətlərdə kompromis axtarmaq istəmir, lakin Moskva ilə Tehran arasında hərbi əməkdaşlıq Vaşinqtonun siyasətinə mane ola bilər.

ABŞ Konqresinin üzvü Mitç Makkonnell isə deyib ki, Rusiya, İran və Çin ittifaqı "şər oxu"dur və ABŞ üçün birbaşa təhlükədir.

Poliqon.info