Erməni mətbuatı: Paşinyan növbədənkənar seçki keçirmək niyyətindən vaz keçib

Ermənistanın hakim partiyası məşğubiyyətdən çəkinərək növbədənkənar seçki keçirməkdən imtina edib...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, ötən ilin sonunda Ermənistanın hakim partiyasının növbəti seçkiləri gözləməmək qərarına gələrək, əvvəlcə Konstitusiyanı dəyişdirmək, sonra isə yeni müxalifət formalaşana qədər növbədənkənar seçkilər keçirmək istəməsi barədə davamlı xəbərlər yayılıb. Lakin əldə edilən məlumatlara görə, hesablamalar nəticəsində hökumət son aylarda dar çərçivədə müzakirə olunan növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasından geri çəkilib.

Nəşr qeyd edir ki, hakim komanda qalib gəlməyin kifayət qədər çətin olacağı qənaətinə gəlib və bu şübhələr Yerevan şəhər Məclisinə seçkilərdən sonra onların qəlbinə hopub.

“Hakim partiyada ümumxalq seçkilərində də az qala eyni aqibəti yaşayacaqlarına şübhə yoxdur, ona görə də növbəti seçkilərə getməli və bu iki illik müddətdən istifadə edərək öz nüfuzlarını artırmalıdırlar”, deyə qəzet yazır.

“Hraparak” qeyd edir ki, hakim komandanın nümayəndəsinin fikrincə, bəlkə də bu anti-Rusiya isteriyasının və Avropaya virtual “səfərin” səbəbi budur. Qarabağdan sonra Ermənistan əhalisinin əksəriyyəti Rusiyadan məyusdur, ona görə də anti-Rusiya siyasəti Paşinyanın nüfuzunu yüksəldə bilər.

Poliqon.info