ABŞ Konqresinin Türkiyəyə F-16 satışını əngəlləmək cəhdi uğursuzluqla nəticələnib

ABŞ Konqresində Vaşinqton və Ankara arasında F-16 qırıcı-bombardmançı təyyarələrlə bağlı razılaşmanın qarşısını almaq cəhdi uğursuzluqla nəticələnib...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

Bu cəhdin təşəbbüskarı Konqres Senatının üzvü Rend Pol (Kentukkidən olan respublikaçı) olub. O, Nümayəndələr Palatasının və Senatın ABŞ administrasiyasına Türkiyəyə yeni F-16 təyyarələri, müvafiq avadanlıq və silahlar verməsini, habelə Ankaranın mövcud aviasiya arsenalını modernləşdirməsini qadağan edən birgə qətnamə layihəsini təqdim edib.

Bu məsələ ilə bağlı Konqresin yuxarı palatasında prosedur səsverməsinə baxmayaraq, təşəbbüs rədd edilib. 79 senator qətnaməyə baxılmasının əleyhinə çıxıb, yalnız 13 senator onu dəstəkləyib. Bu o deməkdir ki, qətnamənin Senatda nəzərdən keçirilməsi ehtimalı minimaldır.

Yanvarın sonunda ABŞ hakimiyyəti Türkiyəyə F-16 döyüş təyyarələrinin, bu təyyarələrin modernləşdirilməsi üçün komponentlərin və digər sistemlərin ümumilikdə 23 milyard dollara satışına icazə verdiyini açıqlayıb. 40 yeni F-16-nın çatdırılması, artıq Türkiyəyə məxsus bu tipli 79 təyyarənin modernləşdirilməsi, həmçinin ehtiyat hissələrinin və müxtəlif sistemlərin, o cümlədən naviqasiya və rabitə vasitələrinin satışı planlaşdırılırdı.

Poliqon.info