Türkiyənin ən məxfi “Qırmızı kitab”ı apreldə yenilənəcək

Türkiyənin “Qırmızı Kitab” kimi tanınan Milli Təhlükəsizlik Siyasəti Sənədi bir neçə ay ərzində yenilənəcək...

Poliqon xəvbər verir ki, bu barədə TRT Haber telekanalı məlumat yayıb. Telekanal xəbər verir ki, cari yeniləmə Türkiyənin bəzi ölkələrlə münasibətlərdəki mövqeyini dəyişəcək.

Məlumatda qeyd edilir ki, ölkədə bələdiyyə seçkilərindən dərhal sonra (31 mart) Türkiyə Təhlükəsizlik Şurasının iclasının keçiriləcəyi gözlənilir. Həmin iclasda əsas gündəm məsəl “Qırmızı Kitab”ın yenilənməsi olacaq.

Qeyd edilir ki, sənəd dövlət işlərinə təsir etdiyi üçün Türkiyənin “gizli konstitusiyası” adlandırılır. Bu sənəd Türkiyə Təhlükəsizlik Şurası tərəfindən hazırlanmış milli təhlükəsizlik siyasətini müəyyən edir. Sənədə edilən dəyişikliklər nadir hallarda ictimaiyyətə açıqlanır. Yalnız məlumdur ki, sənədin son variantı 2019-cu ilin sentyabrında Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edilərək təsdiq edilib.

Bundan əvvəl isə “Qırmızı kitab” 2010-cu ildə yenilənib.

Poliqon.info