Finlandiya Ukraynanı Rusiya ərazilərinə zərbə endirməyə çağırıb

Finlandiyanın müdafiə naziri Hakkanen: Ukrayna Rusiyaya zərbə endirmək üçün Finlandiya silahlarından istifadə edə bilər...

Ukrayna Rusiya ərazisindəki hədəfləri vurmaq üçün Finlandiya tərəfindən verilən silahlardan istifadə edə bilər.

Poliqon xəbər verir ki, bu barədə “Newsweek” portalının mıəlumatında bildirilir. Portal xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Hakkanen deyib.

Eyni zamanda, Finlandiyanın müdafiə naziri Almaniyanı “Ukraynanın qalib gəlməsinə kömək etmək istəyirsə” Kiyevi uzaqmənzilli raket sistemləri ilə təmin etməyə çağırıb. Nazir həmçinin Ukrayna ordusuna silah göndərən Ukraynanın digər müttəfiqlərini də eyni addımı atmağa çağırıb.

Poliqon.info