Tramp vitse-prezidentliyə mümkün namizədlərin adını açıqlayıb

ABŞ-ın keçmiş prezidenti Donald seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın vitse-prezidenti vəzifəsinə mümkün namizədlərin adını çəkib...

Poliqon xəbər verir ki, bu barədə sabiq Amerka prezidenti Fox News telekanalına müsahibəsində bildirib.

Trampın sözlərinə görə, hazırkı seçki kampaniyası çərçivəsində o, bu vəzifəyə Texas qubernatoru Qreq Abbott və Cənubi Karolina senatoru Tim Skotu namizəd hesab edir.

Tramp Abbottu “möhtəşəm bir iş icraçı” “möcüzəvi insan” adlandırıb və onun dəstəyini almaqdan şərəf duyduğunu vurğulayıb. Eyni zamanda Tramp Skotu da “çox yaxşı insan” kimi dəyərləndirib.

“Mənim üçün Abbott inanılmazdır. Mən ona dedim ki, onun vitse-prezident olması özü üçün deyil, mənim üçün daha yaxşıdır”, deyə Tramp etiraf edib.

Qeyd edək ki, ABŞ-ın İllinoys ştatının məhkəməsinin qərarı ilə Donald Trampı praymerizdən (ştatda respublikaçılar üçün ilkin seçkilərdən) kənarlaşdırıb.

81 yaşlı Co Bayden və 77 yaşlı Donald Tramp 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində əsas namizədlərdir. Əgər qalib gəlsələr, hər ikisi ölkə tarixində ən yaşlı prezident olacaqlarını bildirilər.

Xatırladaq ki, indiyədək ABŞ-da 73 yaşında ikinci müddətə seçilən Ronald Reyqan olub.

Poliqon.info