İsrail ordusu Qəzzada humanitar yardım alanlara atəş açmadığını iddia edir...

İsrail ordusu Qəzza zolağında humanitar yardım karvanını əhatə edən kütləyə atəş açmayıb...

Poliqon xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinins özçüsü Daniel Həcəri bildirib. Onun sözlərinə görə, hərbçilər kütləni dağıtmaq üçün bir neçə dəfə xəbərdarlıq atəşi açıb.

İDF-nin məlumatına görə, yerli sakinlər basırıq yaradaraq konvoyun irəliləməsinə mane olublar. Bundan sonra İsrail tank heyətləri bir neçə xəbərdarlıq atəşi ilə kütləni ehtiyatla dağıtmağa çalışıblar. Bununla belə, izdihamın böyüməyə davam etdiyi iddia edilir.

“Yüzlərlə insan minlərlə insana çevrildiyi və hadisələr nəzarətdən çıxdığı bir vaxtda tank komandiri oradakı minlərlə Qəzzalıya zərər verməmək üçün geri çəkilməyə qərar verib. Onlar öz həyatlarını riskə ataraq, camaata atəş açmadan təhlükəsiz şəkildə geri çəkiliblər”, deyə Həcəri brifinqdə bildirib.

Qeyd edək ki, dünən, fevralın 29-da İsrail hərbçiləri Qəzza şəhərinin qərbində, Şeyx Ajlin ərazisində humanitar yardımın paylanması zamanı kütləyə atəş açıb. Hərbçilər “təhdid yaradan” fələstinlilərə atəş açdıqlarını iddia ediblər. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, atəş nəticəsində və yaranmış basırıqda 112 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Poliqon.info