Nazir məktəbli qızlar arasında baş verən bullinqə münasibət bildirib

Elm və təhsil naziri Emin Əmrullayev məktəbli qızlar arasında baş verən bullinqə münasibət bildirib...

Poliqon xəbər verir ki, nazir bildirib ki, bu hadisə hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:

“Bu hadisə də daxil olmaqla məktəbli ilə bağlı istənilən hala görə 150 min müəllimi günahlandıra bilmərik. Çünki yeniyetmələr arasında belə hallar baş verir".

Nazir 6 nömrəli məktəbdə baş verən hadisəyə də münasibət bildirib:

"6 nömrəli məktəbdə də 8 yaşlı, ikinci sinifdə oxuyan uşağın valideyni iddia edib ki, 13 yaşlı uşaq onun övladını hansısa cinsi zəmində qısnamaya məruz qoyub. Dərhal burada hansısa cinayət halı və ya hüquq pozuntusu ola bilər deyə polis orqanlarına müraciət edilir. Polis orqanları aidiyyəti araşdırmanı aparıb, ekspertiza da aparılıb, nəticə etibarı ilə bu hadisənin baş verib-verməməsi ilə bağlı hansısa sübut əldə olunmayıb".

Poliqon.info