Rusiya bankının mənfəəti kəskin artıb və şirkətin tarixində rekord göstərici olub

Rusiyanın aparıcı maliyyə qurumu olan “Sberbank”ın xalis gəliri 2022-ci illə müqayisədə 5 dəfə artıb...

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, “Sberbank”ın hesabatındakı məlumatlara görə, 2023-cü ildə maliyyə qurumu 1,5 trilyon rubl xalis mənfəət əldə edib. Bu məbləğ 2022-ci illə müqayisədə 5 dəfə artıb. Bundan əlavə, 2023-cü ildə qazanc, şirkətin 2021-ci ildə təyin etdiyi əvvəlki rekordu qırıb. 2021-ci ildə “Sberbank” təxminən 1,2 trilyon rubl qazanıb.

Kredit təşkilatının hesabatına görə, kapitalın gəlirliliyi 25,3% təşkil edib. Müştərilərin sayı da artıb - 2023-cü ildə Sberbank-ın xidmətlərindən 108,5 milyon fiziki və 3,2 milyon hüquqi şəxs istifadə edib. Bankın kredit portfeli də artıb. Keçən il Sberbank 27,8 trilyon rubl dəyərində kredit verib.

Şirkətdən bildiriblər ki, rekord mənfəət ödənişlərin, köçürmələrin və ekvayrinqin ümumi həcminin 30% artması, bank kartlarından istifadə və nağd hesablaşma xidmətləri, habelə dövriyyə aktivlərinin həcminin artması ilə təmin edilib.

Sberbank İdarə Heyətinin sədri Qerman Qref bildirib ki, ötən il bir çox cəhətdən rekord ili olub. O, həmçinin əlavə edib ki, rekord rəqəmlər süni intellektdən istifadənin təsirindən təsirlənib. Qrefin sözlərinə görə, ötən il o, şirkətə 350 milyard rubl qazandırıb.

Poliqon.info