Zelenski Makronun Ukraynaya qoşun göndərmək ideyasını yüksək qiymətləndirib

Vladimir Zelenski: Dünyada hər hansı təşəbbüs Ukraynanı gücləndirirsə, bu, bütün dünya üçün yaxşıdır...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqının quru qüvvələrinin Ukraynaya göndərilməsi ideyasını “Ukrainskaya pravda” nəşrinə belə şərh edib.

“Biz sağ qalmalıyıq və Ukraynanın sağ qalması üçün bu, çox konkret həllərin olması deməkdir. Bu çox vacibdir. Makronun bu ideyanı səsləndirdiyi sammitdə mən olmamışam. O, Ukraynanı necə gücləndirmək barədə müəyyən yeni ideyalardan danışacağını, Ukraynaya gələndə məlumat paylaşacağını deyib. Dünyada hansısa təşəbbüslər Ukraynanı gücləndirirsə, bu təşəbbüslər sülh üçün hər şey yaxşıdır”, deyə Zelenski bildirib.

Qeyd edək ki, Emmanuel Makron Parisdə Ukraynaya dəstək konfransında həmçinin deyib ki, Kiyevin Qərb müttəfiqləri Ukraynanı uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradıblar. Fransa prezidentinin dediyinə görə, assosiasiya müdafiə qabiliyyətinə malik olan bütün dövlətləri cəlb etmək və Kiyevə yeni silahların tədarükünü başlamaq məqsədi ilə yaradılıb.

Poliqon.info