Estoniyanın Baş naziri Ukraynaya qoşun göndərilməsini dəstəkləyib

Kaya Kallasın sözlərinə görə, bu tədbir müdafiə xarakterli hərəkətlər kimi qiymətləndirilə bilər...

Poliqon xəbər verir ki, Estoniya lideri bu barədə Sky News telekanalında danışıb.

Kallas Fransa prezidentinin Ukraynaya hərbçilərin göndərilməsi imkanlarının öyrənilməsi təklifini belə şərh edib:

“Rusiya deyir ki, bu və ya digər addım eskalasiyadır. Lakin müdafiə eskalasiya deyil. Bizim masada bütün variantlar olmalıdır ki, Ukraynaya qalib gəlməyə kömək edə bilək”, deyə Estoniya Nazirlər Kabinetinin rəhbəri telekanala bildirib.

Xatırladaq ki, fevralın 26-da Emmanuel Makron Ukraynaya Avropa ğlkələrinin hərbiçilərinin göndərilməsini istisna etməyib. Lakin o qeyd edib ki, bu məsələdə konsensus yoxdur.

Poliqon.info