Rusiyanın Çinə qarşı taktiki nüvə silahından istifadə etmə planı rəsmi sənəddə... 

Rusiya Çinə qarşı taktiki nüvə silahından istifadə etməyə hazırdır...

Poliqon xəbər verir ki, “Financial Times” qəzeti nüvə silahından istifadə prinsiplərini təsvir edən gizli Rusiya sənədlərini əldə edib. Ssenarilərdən birində Çin ordusunun Rusiya ərazilərini işğal etməsi fonunda Rusiyanın atacağı addımlar öz əksini tapıb

Nəşr Qərbdəki mənbələrdən 2008-2014-cü illərdə hazırlanmış 29 məxfi sənəd əldə ediblər. Bunlar nüvə silahından istifadə prinsiplərini təsvir edən Hərbi Dəniz Qüvvələri zabitləri üçün döyüş oyunu ssenariləri və təqdimatlarıdır. Sənədləri nəzərdən keçirən ekspertlər onların müasir Rusiya hərbi doktrinasına hələ də aid olduğunu düşünürlər.

Materiallara görə, Rusiyanın Şərq Hərbi Dairəsi müharibə oyunları zamanı Çin qoşunlarının işğalını dəfələrlə məşq edib. Bir ssenaridə, düşmən ordusu ikinci hücum dalğasına başlayarsa, Rusiya Çinə qarşı taktiki nüvə silahından istifadə etməyə hazırdır.

Sızdırılan materiallarda həmçinin deyilir ki, ballistik raket sualtı qayıqlarının 20%-i, nüvə sualtı qayıqlarının 30%-i, üç kreyser, üç aerodrom məhv edilərsə və ya əsas və ehtiyat sahil komandanlıq mərkəzlərinə eyni vaxtda hücum edilərsə, Rusiya nüvə silahından istifadə edə bilər.

“İlk dəfədir ki, belə sənədləri ictimai sahədə görürük. Onlar göstərir ki, adi vasitələrlə istənilən nəticə əldə edilə bilməzsə, nüvə silahından istifadə üçün əməliyyat həddi kifayət qədər aşağıdır”, deyə “Karnegi Berlin” Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Qabuev sənədi şərh edərkən bildirib.

Poliqon.info