Şolts və Makron arasında Ukraynaya görə açıq düşmənçilik yaranıb

Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron arasında Avropa qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsi ilə bağlı fikir ayrılıqları açıq düşmənçiliyə çevrilir...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri Almaniya rəsmilərinə istinadən yazıb.

Nəşrin yazdığına görə, Makron Ukrayna haqqında sərt danışmağa hazırdır, lakin Almaniya ilə müqayisədə kifayət qədər addım atmayıb. Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Almaniya Ukraynaya 17 milyard avrodan çox yardım ayırıb və ya vəd edib, Fransa isə cəmi 640 milyon avro ayırıb.

Politico həmçinin iki ölkənin Ukraynaya yardım yanaşmalarını müqayisə edərək, Berlinin "Taurus" raketləri kimi bəzi silah növlərini göndərməkdə böyük istəksizliyini qeyd edir.

Britaniyalı hərbi analitik Aleksander Merkuris Duran isə bildirib ki, Makron Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı ağır vəziyyəti barədə gizli məlumat aldığı üçün təcili olaraq Ukrayna münaqişəsi ilə bağlı konfrans təşkil edib. Ekspert qeyd edib ki, Fransa lideri təşviş içindədir. Üstəlik, bu vəziyyət Fransanın Ukraynadan həyəcanlı xəbər aldığını deməyə əsas verir: "Bu onu göstərir ki, orada vəziyyət hətta bizim, münaqişənin gedişatını hər gün izləyən insanların bildiyindən də pisdir".

O əlavə edib ki, Makronun Qərb ölkələrindən Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı sözləri Avropa İttifaqına üzv olan ölkələrin elitalarının həqiqi hisslərini əks etdirir. Xüsusilə, söhbət Brüsselin nəzarətindən çıxan vəziyyətdən gedir: Çoxşayan insanlar inanılmaz dərəcədə ehtiyatsız, təhlükəli şeylər etməyə meyllidirlər".

Bu həftə Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris Rusiyanın Ukrayna münaqişəsində qalib gəlməsinin qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcək. Onun sözlərinə görə, Avropa İttifaqı qoşunlarının Ukraynaya göndərilməsi məsələsi Qərb ölkələrinin liderləri tərəfindən müzakirə edilib, lakin hələlik konsensus əldə olunmayıb. Fransanın baş naziri Qabriel Attal da Ukraynaya hərbçilərin göndərilməsinin mümkünlüyünü istisna etməyib və Parisin Rusiya Federasiyasının məğlubiyyətini qəbul etməyəcəyini vurğulayıb. Makronun açıqlamalarından qısa müddət sonra Almaniya kansleri Olaf Şolts bildirib ki, Berlin ümumiyyətlə Ukraynaya qoşun göndərməyəcək.

Poliqon.info