Ombudsman gələn həftə Milli Məclisdə hesabat verəcək    

Martın 5-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək...

"Report"un xəbərinə görə, toplantıda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi müzakirə olunacaq.

Məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edəcək.

Poliqon.info