BMT öz missiyasının Sudandan çıxarılmasını başa çatdırıb

Fevralın 28-də BMT-nin Sudanda Keçid Dəstəyi Missiyası (UNITAMS) öz kontingentinin ölkədən çıxarılmasını başa çatdırıb...

Poliqon xəvər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında bildirilib.

“UNITAMS 29 fevral 2024-cü ildə Sudandan qoşunların çıxarılmasını başa çatdırıb”, deyə məlumatda bildirilir. Qeyd olunur ki, Baş katib missiyanın mandatı ərzində Sudan xalqına fədakarlıq və xidmətlərinə görə UNITAMS-ın bütün yerli və beynəlxalq əməkdaşlarına dərin minnətdarlığını bir daha bildirir.

BMT Baş katibinin nümayəndəsinin qeyd edib ki, dünya təşkilatı ölkəyə humanitar yardım göstərməkdə davam edəcək. BMT həmçinin “Sudan xalqını dinc və təhlükəsiz gələcək arzularında dəstəkləyəcəyini” vəd edib.

Qeyd edək ki, keçən dekabr ayında BMT Təhlükəsizlik Şurası UNITAMS-a son qoymaq üçün Böyük Britaniya tərəfindən hazırlanmış qətnamə layihəsinin lehinə səs verib. Bu, Sudan hökumətinin noyabr ayında UNITAMS-ın fəaliyyətini dayandırmaq qərarından sonra baş verib.

Hökumət BMT-yə məktub yazaraq qeyd edib ki, dünya təşkilatının missiyası ölkədəki vəziyyəti daha da pisləşdirib və artıq xalqın və hakimiyyətin istəklərinə cavab vermir. Eyni zamanda, Afrika ölkəsinin hakimiyyət orqanları əlavə edib ki, Sudanın Nazirlər Kabineti ölkə üçün müsbət nəticələr verə biləcək yeni formula hazırlamaq üçün BMT ilə konstruktiv işləməyə hazırdır.

Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində gərginləşib. Daha sonra Suveren Şuranın sədri olan ordu komandiri Əbdülfəttah əl-Burhan ilə çevik reaksiya qüvvələrinin rəhbəri Mohamed Hamdan Daqalo arasında fikir ayrılığı yaranıb. Onlar vahid silahlı qüvvələrin formalaşdırılması üsulları, eləcə də ordunun baş komandanı kimin olması barədə öz aralarında razılığa gələ bilmirdilər. Əl-Burhan onun peşəkar hərbçi, Daqalo isə seçilmiş mülki prezident olmasını tələb edib.

Nəticədə aprelin 15-də paytaxtla yanaşı Merovedəki hərbi bazanın yaxınlığında da toqquşmalar başlayıb. Nəticədə 10 mindən çox insan münaqişənin qurbanı olub.

Poliqon.info