Fransa Senatı konstitusiyada qadının abort hüququnu təsdiqləyib

Fransa Senatı qadının abort hüququnu konstitusiyada təsbit edən qanun layihəsini qəbul edib...

Poliqon Associated Press Agentliyinə istinadən xəbər verir ki, 267 senator təşəbbüsü dəstəkləyib, 50 senator əleyhinə səs verib.

Fransanın Milli Assambleyası (aşağı palatası) yanvarda qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib. Təşəbbüs Senat tərəfindən təsdiqləndikdən sonra qanun layihəsi parlamentin hər iki palatasının birgə iclasında qəbul edilməlidir.

Qeyd edək ki, 2022-ci ilin yayında ABŞ Ali Məhkəməsi Konstitusiyada abort hüququnun nəzərdə tutulmadığına qərar verdi və bununla da abortun federal səviyyədə leqallaşdırılmasını ləğv edərək, onu tənzimləmək hüququnu ştatlara verib. Nəticədə 20 ştat abortu qadağan edib, məhdudlaşdırıb və ya etməyi planlaşdırır.

Məhz ABŞ Ali Məhkəməsinin qərarı Fransa prezidenti Emmanuel Makronun qadının abort hüququnun Fransa konstitusiyasında təsbit ediləcəyini vəd etməsinə səbəb olub.

Poliqon.info