Misir Prezidenti: “Qəzzada tezliklə atəşkəs olacaq”

Qəzza zolağında münaqişə tərəfləri tezliklə atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gələcəklər...

Bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi bildirib.

“Yaxın bir neçə gün ərzində atəşkəsin tətbiqi ilə bağlı razılıq əldə edəcəyik”, - o bildirib.

Qeyd olunur ki, İsrail və HƏMAS nümayəndələri arasında danışıqlar Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Dohada aparılır.

Poliqon.info