Bərdədə yol qəzasında 2 nəfər ölüb - Yenilənib

Bərdədə baş verən qəzada ölənlərin adları məlum olub...

APA-nın yerli müxbiri xəbər verir ki, qəza zamanı Bərdə rayonunun Seyidyusifli kənd sakinləri - 1986-cı il təvəllüdlü Qasımov Eldeniz Ələkbər oğlu və 1985-ci il təvəllüdlü Qocayev Anar Rafiq oğlu aldıqları xəsarətlərdən ölüblər.

***

Bərdədə baş verən ağır avtoqəza nəticəsində yaralananların kimliyi məlum olub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, qəza zamanı 1996-cı il təvəllüdlü Əliyev Səxavət Novruz oğlu, 2003-cü il təvəllüdlü Abbasov Ömər Vüqar oğlu, 2003-cü il təvəllüdlü Allahverdiyev Elşən Arif oğlu, 1991-ci il təvəllüdlü Qasımov Elçin Natiq oğlu xəsarət alıblar.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı həmçinin 2 nəfər ölüb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.

Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır

##galery##

Poliqon.info