Politoloq: Real addımlar olmasa, ortamı yumşaltmaq mümkün deyil...

Ermənistan parlamentinin sədri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində keçiriləcək görüşü irəliləyiş kimi qiymətləndirib...

İlqar Vəlizadə: “XİN başçılarının görüşündə hansı məsələlər ətrafında müzakirələrin aparılacağına və nə ilə nəticələnəcəyini baxmalıyıq”.

“Diplomatik səhnədə Ermənistan rəhbərlərinin açıqlamaları ümumi ab-havaya mənfi çalarlar gətirirdi”.

Bu sözləri politoloq İlqar Vəlizadə Ermənistan parlamentinin sədrinin Berlin görüşü barədə fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində keçiriləcək görüşü irəliləyiş kimi qiymətləndirib. Simonyan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə olmadığını da sözlərinə əlavə edib. Görünür, Alen Simonyan bu yolla son zamanlar iki ölkə arasında artan gərginliyi azaltmaq istəyib.

Ancaq real addımlar olmadan, bu kimi açıqlamalar ortamı yumşaltmaq mümkündürmü?

Mövzunu Poliqon-un əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Nəticə danışıq olmamalıdır, nəticə danışıqlardan sonra yaranmış reallıqlar olmalıdır”.

Ermənistan tərəfindən bu tip sözləri, bəyanatları, çağırışları bizim çox eşitmişdiyimizi xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bütün bu çağrış və bəyanlardan sonra bir qayda olaraq atəşkəs sonradan Ermənistan tərəfindən pozulurdu:

“Real addımlar olmada Azərbaycanla Ermənistan ortamını yumşaltmaq mümkün deyil. Biz Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün nəticələrini baxmalıyıq. Görüşdə hansı məsələlər ətrafında müzakirələrin aparılacağına və nə ilə nəticələnəcəyini baxmalıyıq.

Ermənistan tərəfindən sözləri, bəyanatları, çağırışları biz çox eşitmişik. Amma təəssüflər olsun ki, hadisələr sonradan Ermənistan tərəfindən pozulurdu. Yaxud da əldə olunan müsbət nəticələr heçə endirilirdi. Sərhəddə gərginlik yaranırdı. Eyni zamanda diplomatik səhnədə Ermənistan rəhbərlərinin açıqlamaları ümumi ab-havaya mənfi çalarlar gətirirdi.

Buna görə də, biz yalnız konkret nəticələrə arxalanmalıyıq. Təssüflər olsun ki, hazırda biz nəticələrdən danışa bilmərik. Çünki nəticəni bilmirik və nəticə yoxdur. Yəni nəticə danışıq olmamalıdır, nəticə danışıqlardan sonra yaranmış reallıqlar olmalıdır. Yaxud da danışıqların əsasında əldə olunmuş razılıqlar olmalıdır. Budur nəticə və hal-hazırda biz nəticə görmürük. Biz yalnız danışıqlar görürük. Bu da bizi cari siyasətə daha təmkinlə yanaşmağa vadar edir”.

Nərminə UMUDLU Poliqon.info