ABŞ-ın yeni sanksiyaları Rusiya neftinin Hindistana satışını təhdid edir

ABŞ-ın Rusiya Federasiyasına qarşı yeni sanksiyaları Rusiya neftinin hazırda ən böyük alıcısı olan Hindistana satış həcmini azaltmaqla hədələyir...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Mənbələr bildiriblər ki, Hindistan neft emalı zavodları son sanksiyaların gəmilərin Rusiya neftini daşımasına problemlər yaradacağından və yükdaşıma tariflərini artıra biləcəyindən narahatdırlar.

Bu, tədarük şərtləri ilə treyderlərdən və Rusiya şirkətlərindən alınan neftin endirimini daralda bilər.

Hindistan yüksək nəqliyyat xərcləri səbəbindən 2022-ci ilə qədər nadir hallarda Rusiya neftini alırdı, lakin dünyanın üçüncü ən böyük neft idxalçısı olan neftayırma şirkətləri hazırda Avropanın Rusiya neftinin idxalına qadağa qoymasından sonra aşağı qiymətlərdən faydalanaraq Rusiya neftinin böyük alıcılarıdır.

2023-cü ildə Rusiya Federasiyası Hindistana ən böyük neft tədarükçüsü olub. Ölkə 2022-ci ildə gündəlik orta hesabla 652 min barel Rusiya nefti alırdısa, 2023-cü ildə gündəlikm təxminən 1,66 milyon idxal edib.

Mənbələr bildiriblər ki, planlaşdırılan sövdələşmələrin yekun həcmləri Moskvanın təklif edəcəyi ödəniş şərtlərindən və endirimlərdən asılıdır.

İki mənbəyə görə, Rosneft Dubay qiymətlərinə 3-3,50 dollar/barel endirim təklif edib. Mənbələr bildiriblər ki, emalçılar yeni sanksiyaların yaratdığı qeyri-müəyyənliyi nəzərə alaraq təklif olunan endirimi əhəmiyyətsiz hesab edirlər.

Hindistan hökumətindəki mənbə bildirib ki, Hindistan Rusiya neftini yalnız sanksiyalardan kənar qiymətdən aşağı qiymətə satarsa ​​almağa davam edəcək.

Poliqon.info