Əlverişsiz hava şəraitində əsgərimizin sərhədi keçməsinin erməni versiyasında təfərrüatları...

Ermənistanın Dıq (Tex) kəndinin sakinləri iki azərbaycanlının sərhədi keçməsindən danışıblar...

İki azərbaycanlı hərbçi Ermənistan sərhədini Sünik rayonunun Tex (Azərbaycan versiyasında Dıq) kəndində keçib.

Poliqon xəbər verir ki, bu barədə Dıq kəndinin sakini Arqam Hovsepyan News.am portalına bildirib. Arqam Hovsepyanın dediyinə görə sərhədi keçən əsgərlərimizdən biri tutulub, digəri isə qaçıb.

“Azərbaycanlılardan biri aşkar edilib, digəri isə qaçıb. Hadisə səhər saat 6-7 radələrində baş verib. Onlar keçən kimi dərhal tutuldular. Biri qaçdı, onun harada olduğunu bilmirik”, deyə Arqam Hovsepyan portala bildirib.

“Yaşamaq üçün ölkə” partiyasının həmtəsisçisi Mesrop Arakelyan da hadisəyə toxunaraq qeyd edib ki, Tex kəndi yaxınlığında iki azərbaycanlı hərbçi sərhədi keçib, biri əsir düşüb, digəri isə qaçıb:

“Gecə saatlarında da atəş açılıb. Hazırda vəziyyət sakitdir”, deyə Arakelyan bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirlityinin yaydığı məlumata görə fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Qeyd olunur ki, hərbi qulluqçunun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Erməni mətbuatıının Ermənistan Müdafiə Nazirliyindən şərh almaq cəhdləri isə uğursuz olub. Ermənistan Müdafiə Nazirliyi insidenti nə tədiq, nə də təkzib edib.

Poliqon.info