İlon Mask ABŞ-ı dünyanın hər yerindən gələn cinayətkarlar üçün sığınacaq adlandırıb

Amerikalı sahibkar İlon Mask ABŞ-dakı miqrasiya problemlərindən danışıb...

Poliqon xəbər verir ki, milyarder X sosial şəbəkəsində ABŞ-ı dünyanın hər yerindən ən təhlükəli cinayətkarlar üçün sığınacaq adlandırıb.

İlon Mask bundan başqa prezident Co Bayden administrasiyasını qeyri-qanuni immiqrasiyaya verdiyi dəstəyə görə tənqid edərək, administrasiyanın sərhədləri qorumadığını bildirib. İş adamı qanuni immiqrasiyanı dəstəkləyəcəyini bildirib, lakin Amerikanı sıxışdıran çox sayda yoxlanılmamış insanın ölkəyə daxil olmasının əleyhinə olduğunu deyib.

İlon Mask qeyd edib ki, ABŞ-ın cənub sərhədini keçmək və istənilən ölkədən gələrək şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməklə sığınacaq istəmək imkanı Amerikanı təhlükəli cinayətkarlar üçün sığınacaqa çevirib. Onun fikrincə, Birləşmiş Ştatlarda son aylarda rekord səviyyədə qeyri-qanuni miqrasiya müşahidə edilib, keçən ilin dekabrında 302 min qeyri-qanuni sərhəd keçidi qeydə alınıb və bu da bir ay üçün ən yüksək rəqəmdir.

Qeyd edək ki. Baydenin prezidentliyi dövründə 3 il ardıcıl olaraq qeyri-qanuni miqrantların sayında ciddi artım müşahidə olunur. Bundan əvvəl media yazırdı ki, amerikalıların əksəriyyəti Meksika ilə sərhəddə miqrantlara qarşı divarın tikintisinin bərpasına tərəfdardır. Monmut Universitetinin sorğusuna görə, amerikalıların 53%-i Meksika ilə sərhəd hasarının tikintisini dəstəkləyib. Eyni zamanda, sorğu zamanı respondentlərin 61%-i də qeyri-qanuni miqrasiyanı ABŞ üçün ən ciddi problem adlandırıb.

Poliqon.info